Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya çempionatı qrup mərhələsinin üçüncü turunda Norveçlə oyunu buraxacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 57 yaşlı məşqçi iyunun 23-ü vəfat edən anasının vəfatı səbəbindən növbəti oyunda məşqçilər heyəti arasında olmayacaq.
Fransa Futbol Federasiyası Deşamın artıq milli komandadan ayrıldığını və dəfn mərasimində iştirak etmək üçün Fransaya getdiyini açıqlayıb.
Federasiyanın açıqlamasında deyilir: "Hazırda Fransa milli komandasının Dünya çempionatı üçün ABŞ-da təlim-məşq toplanışında olan Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo ilə razılığa əsasən, Didye Deşam köməkçisi Qi Stefanı komandaya qayıdana qədər rəhbərlik etmək üçün təyin edib".
Fransa komandasının Norveçlə üçüncü oyunu iyunun 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransa yığması Seneqalı (3:1) və İraqı (3:0) məğlub edərək, dünya çempionatının pley-off mərhələsinə vəsiqəni artıq təmin edib.