Çempionlar Liqasında pley-offun cütləri dəqiqləşdi
14 avqust 2019 09:05 (UTC +04:00)

Çempionlar Liqasında pley-offun cütləri dəqiqləşdi

 
Çempionlar Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.
 
APA-nın məlumatına görə, III təsnifat mərhələsi başa çatdıqdan sonra növbəti raunda vəsiqə qazanan 10 komanda bəlli olub.
 
Bu komandalar və əvvəlki mərhələlərdən azad olan iki klub pley-offun cütlərini təşkil edib. Bunlardan dördü Çempionlar yolu, ikisi Liqa yolunun cütüdür.
 
Pley-offdakı 12 klub qrupdakı yerini təmin edib. Qalib olanlar Çempionlar Liqası, uduzanlar Avropa Liqasında qrupda oynayacaq.
 
Azərbaycan çempionu “Qarabağ” isə III təsnifat mərhələsində uduzduğundan Avropa Liqasına yuvarlanıb.
 
Qeyd edək ki, pley-offun oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
 
Çempionlar Liqası
 
Pley-off mərhələsi
 
Çempionlar yolu
 
"Dinamo” (Xorvatiya) - “Rusenborq” (Norveç)
 
ÇFR (Kluj, Rumıniya) - “Slaviya” (Çexiya)
 
“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) 
 
APOEL (Kipr) - “Ayaks” (Hollandiya)
 
Liqa yolu
 
LASK (Avstriya) - “Brügge” (Belçika) 
 
“Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar