Başı kəsik gözəl kötük, bu dağı sənə kim çəkdi - <span style="color:red;">REPLİKA  - <span style="color:red;">FOTO
10 avqust 2019 12:52 (UTC +04:00)

Başı kəsik gözəl kötük, bu dağı sənə kim çəkdi - REPLİKA - FOTO

Bu, sayğacdır. Qıfılı da üstündə. Böyründəki kiçik borudan da bəlli olur ki, su sayğacıdır. Nə bilim, bəlkə də elə deyil?

Amma nə fərqi, sayğacdır. Və bu sayğac “Neftçilər” metrostansiyasından üzü Bakıxanova düşəndə kiçik bir parkda quraşdırılıb. “Başı kəsik gözəl bir kötüyün” üzərinə vurulub.

Hə, əvvəl ağacı kəsiblər. Sonra da üzərinə sayğacı bərkidiblər. O ağac daha burdan su içə bilməyəcək. Bəs görəsən, o sayğacı məhz ora, o kötüyə qəsdən vurmayıblar ki?

Hər halda ağır mənzərədir. Necə demişdi şair:

Başı kəsik gözəl kötük,

Bu dağı sənə kim çəkdi!!!

 

Foto həmkarımz Vüsal Mahmudovun facebook səhifəsindən götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar