307
11:49
07 Avqust 2019

Aysellə Elnar ayrılıb?

Şairə Aysel Nəcəfli və müğənni Elnar Xəlilovun ayrıldığı iddia olunub.
Lent.az -ın Axşam.az-a istinadən verdiyi məlumata görə, iddialara səbəb cütlüyün uzun müddətdir İnstaqramda bir-birini izləmədən çıxarması olub. Elnar Aysellə olan fotolarını sosial media hesabından silib.
Həyat yoldaşı ilə paylaşımlarını silməyə qıymayan Aysel isə onunla son fotosunu mayın 31-də bölüşüb. Sevgili olduqları ərəfədən tez-tez Elnarla birlikdə paylaşım edən Nəcəflinin bu susqunluğu da ayrılıq iddialarını gücləndirib.
Paylaşımdan bir neçə gün sonra şairə üstüörtülü olsa da, həyat yoldaşından zərbə gördüyünü status yazaraq bildirib:
“Qadın bir dağdır sanki - çiyinlərində daşıyar bütün yükü... Dərdi çəkə-çəkə yenə də təbəssüm edər, amma sən bunu bilməzsən. Hər kəs üzündə bir gülüş görər. Qadın dərdini qəlbinə gömər, hiss edər, amma gözləyib səbr edər. Heç başını yalanlarla aldatdım deyə düşünməyin. Qadın yalanlarınızı da, bilər – ancaq dərdini içində çəkər. Döyülər, söyülər, zərbə görər, şiddət görər, amma sevdiyi üçün həftələrlə, aylarla səbr edər, dözər.
Qəlbində qopan fırtınaları yalnız özü dinlər. Gözündən axan yaşları gizlin-gizlin özü silər. Susar-susar... Bu, qadındır. Amma elə zərbə vurarsan ki, o heç bitməyəcək sevgisini, sizə verdiyi illəri, tükənmək bilməyən səbrini də gözləmədiyi bir anda yox edər.

Amma niyə bu yükü daşımaq üçün qadın seçilər? Kişilər bunlara dözərmi? Dözməz! Nə qədər haqsızlıqlar edilsə də, qadın dözsə də, qədri bilinməz”.
Qeyd edək ki, Elnar Ayselə ötən ilin sentyabrında evlilik təklifi etmiş, bunu video şəklində yayımladıqdan sonra lağ hədəfi olmuşdu. Bu ilin fevralında isə onların nişanının pozulması barədə məlumat yayılmış, daha sonra cütlük barışdığını bildirmişdi. Lakin onların nişan və toy vasitəsilə özlərini reklam etməsi barədə iddialar səsləndirilmiş, cütlük qınaq hədəfinə çevrilmişdi. Onların toyu martın 8-də keçirilmişdi.
Onu da bildirək ki, bu Elnarın ikinci evliliyi idi. Onun ilk nikahından bir övladı var.