Bu həftə mənzərəli meteor yağışı  gecə səmasını işıqlandıracaq
01 avqust 2019 19:45 (UTC +04:00)

Bu həftə mənzərəli meteor yağışı gecə səmasını işıqlandıracaq

0

Bu həftə Yer sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar.

Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, astronomların sözlərinə görə, "Perseid" meteor axını gecə səmasını bəzəyəcək.

Bu səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də ən yüksək səviyyəyə çatacaq.

NASA meteor mütəxəssisi Bill Kuk bildirib ki, kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.

Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1093

Oxşar yazılar