
Bu bank Azərbaycana 295 milyon dollar kredit ayıracaq
Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.
Lent.az Trend-ə istinadən bildirir ki, bu barədə bankın Azərbaycan üzrə üçillik biznes planına istinadən məlumat verir.
Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişafı layihələri üçün kredit ayıracaq.
Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.
Bundan başqa, bank 2022-ci ildə Azərbaycana enerji, təhsil, infrastrukturun təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihə üçün 450 milyon dollar kredit ayıra bilər.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28