285
06:03
30 İyul 2019

ABŞ-da atışma zamanı 5 nəfər öldürülüb

ABŞ-ın Viskonsin ştatında baş vermiş silahlı insident zamanı beş nəfər ölüb, daha iki nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, atışma qonşu şəhərlər olan Leyk Holli və Lafayett şəhərlərindəki iki evdə olub.

Polis bazar günü gecə Leyk Hollidə çağırışa gedib və iki nəfərin meyitini aşkarlayıb. Daha iki nəfər də güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Daha sonra polislər ölənlərdən birinin ailə üzvlərini araşdırmaq üçün qonşu Lafayett şəhərinə yollanıb. Oradakı evdən isə daha üç meyit aşkar olunub. Ehtimala görə, hər iki cinayəti eyni adam törədib.

Qeyd olunur ki, hadisələrdə şübhəli bilinən şəxs intihar edib.