562
19:36
29 İyul 2019

Siyam əkizləri ali məktəb oxumaq istədi…

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Türkoğlu rayonunda yaşayan siam ekizləri Ayşə və Səma Tanrıkulu bacılarının ali məktəbə daxil olma arzuları baş tutmayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imtahana daxil olan bacılardan biri 140, digəri isə 141 bal toplayıb. Universitetlərə daxil olmaq üçün qoyulan keçid balı 150 olduğundan 18 yaşlı siam ekizlərinin ali məktəbə daxil ola bilməyiblər.

Qeyd edək ki, bacıların hədəfi ilahiyyat fakültəsinə daxil olmaq idi.