
Yeni temperatur rekordu müəyyənləşdi
Almaniyanın meteorologiya xidməti ölkənin qərbində yeni temperatur rekordu – 40,5 dərəcə isti qeydə alıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Qaylenkirhendə qeydə alınan bu isti Almaniya üzrə bundan əvvəlki rekordu təzələyib. Belə ki, 2015-ci il iyulun 5-də Almaniyada 40,3 dərəcə isti olub.
Bundan əlavə, meteoroloqlar qeyd edirlər ki, növbəti gün Almaniyada daha isti olacaq.
Ümumdünya meteorologiya təşkilatı bundan əvvəl bəyan edib ki, havanın rekord temperaturu – 40 dərəcə bu həftə Almaniya, Belçika, Hollandiya, Fransa və İsveçrədə gözlənilir.
Mütləq temperatur rekordu Parisdə də qeydə alınıb. Bu barədə Fransanın meteorologiya xidməti məlumat yayıb. Bildirilir ki, paytaxtın XIV dairəsindəki Monsuri parkında yerli vaxtla saat 13:36-da temperatur 40,6 dərəcəyə çatıb və getdikcə yüksəlib.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12