
Azərbaycanda problemli kreditlərin payı aşağı düşəcək - PROQNOZ
“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2020-ci ilin sonuna qədər problemli kreditlərin payının 10%-dən aşağı düşəcəyini proqnozlaşdırır.
“Moody's”dən “APA-Economics”ə verilən məlumata görə, bankların balanslarının təmizlənməsi və ev təsərrüfatlarının dövlət tərəfindən dəstəklənməsi sayəsində bank sektorunun aktivlərinin keyfiyyətinin daha da yaxşılaşacağı gözlənilir.
Verilən məlumata əsasən, kredit xərclərinin azalması ilə bankların gəlirliliyi artacaq.
“Təkmilləşmələr ümumi xarakter daşıyacaq və bu da müxtəlif bank qrupları arasında gəlirlilik üzrə mövcud olan əhəmiyyətli fərqi azaldacaq”, - deyə agentliyin məlumatında qeyd edilib.
Agentliyin ilkin ssenarisinə əsasən, bankların mənfəətinin artması və risklərlə ölçülmüş aktivlərin çoxalması sayəsində Azərbaycanda bank sisteminin kapital kifayətliliyi göstəriciləri bütövlüklə stabil olacaq.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00