
Azərbaycan yığması Braziliyaya getdi
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Braziliyaya yollanıb.
APA-nın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi milli Cənubi Amerikada 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək.
Avqustun 1-3-də təşkil olunacaq yarışda voleybolçularımız Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Komandamızın səfərə tez yollanması isə adaptasiya olunması ilə bağlıdır. Həmçinin yığmamız matçların baş tutacağı Uberlandiya şəhərində yerli klublarla yoxlama oyunu da planlaşdırır.
Qeyd edək ki, yığma səfərə İstanbuldan yollanıb. Komandamız Braziliyaya gedənədək Bolqarıstan, Rusiya və Türkiyədə təlim-məşq toplanışında olub. Bu müddətdə 5 yoxlama oyununa çıxan təmsilçimiz cəmi 1 qələbə qazanıb.
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51