Moskva-Praqa təyyarəsində yanğın
21 iyul 2019 15:25 (UTC +04:00)

Moskva-Praqa təyyarəsində yanğın

0
Bu gün Moskvadan Praqaya uçan "Boeing 737" sərnişin təyyarəsinin yük bölməsində yanğın olub.
 
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, yanğın təyyarə havaya qalxan zaman başlayıb.
 
Təyyarənin komandiri dispetçerlə əlaqə saxlayıb və yük bölməsində gözlənilməz hadisə barədə məlumat verib. Təyyarənin yanğınsöndürmə sistemi işə salınıb və təyyarə təcili Moskva aeroportuna qayıdıb.
 
Təyyarənin sərnişinləri və heyət üzvləri arasında xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar