
Tacikistanın ucqar dağ rayonunda 100 nəfər daşqınlara görə çıxılmaz vəziyyətdə qalıb

Tacikistanın ucqar rayonlarının birində ətraf aləmdən təcrid olunmuş təxminən 100 insanın xilas edilməsi üzrə əməliyyat işləri aparılır.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar və mülki müdafiə komitəsi məlumat yayıb.
“İsti və quru hava dağlarda qarın əriməsinə və çaylarda sululuğun artmasına səbəb olub. Rəşt rayonunun Boki Rahimzoda camaatlığı kəndinin yaxınlığında Qorif çayında suyun səviyyəsinin artmasına görə Sogd vilayətinin Dağlıq Matça kəndini Pakşiv kəndi ilə birləşdirən körpü dağılıb. Nəticədə Pakşiv kəndinin 100 nəfərlik əhalisi və 15 min baş mal-qarası çıxılmaz vəziyyətdə qalıb”, - məlumatda belə deyilir.
Komitənin məlumatına görə, qəza-xilasetmə tədbirləri ilə əlaqədar cəld reaksiya qüvvələri oraya göndərilib: “Hazırda körpünün bərpası işləri aparılır”.

Oxşar yazılar

Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10
Onlar kimləri və niyə "buynuzlayırlar"?
26 yanvar 2021 , 16:41
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI
26 yanvar 2021 , 11:31
Rusiyada 140 illik BİNA ÇÖKDÜ - FOTO
26 yanvar 2021 , 11:04