"Təxribatçılar qarşıdurma yaratmaq məqsədində idi" - <span style="color:red;">Bəyanat
19 iyul 2019 09:37 (UTC +04:00)

"Təxribatçılar qarşıdurma yaratmaq məqsədində idi" - Bəyanat

Regionda yeni münaqişə ocağı yaratmaq istəyənlərin fəaliyyəti nəticəsində “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycan sərhədçilərinə qarşı təxribat törədilməsi barədə məlumat yayılmışdı.
 
Lent.az xəbər verir ki, bununla bağlı “20 Yanvar” İctimai Birliyi (Azərbaycan) və “9 Aprel” Fondunun (Gürcüstan) birgə bəyanatı yayılıb. Bəyanatda bildirilib ki, məqsəd Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Azərbaycan və Gürcüstan dövlətlərini qarşı-qarşıya qoymaqdı:
 
"Təxribatçılar iki dost ölkə arasında ehtirasları qızışdırmaq və qarşıdurma yaratmaq məqsədində idi. Ancaq inanırıq ki, bu cür təxribatçılar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki iki ölkə arasında olan əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi sadəcə xoş olan arzulara və yaxşı niyyətlərə yox, tarixi köklərə əsaslanır. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq. Bu gün ölkələrimiz arasında çox uğurlu əməkdaşlıq formatı yaradılıb. Hər iki ölkə bütün taleyüklü məsələlərdə bir-birinin yanında olub, bir-birinə dəstək göstərib və bundan sonra da belə olacaq. İnanırıq ki, gələcəkdə də böyük güclərin regionda olan geosiyasi maraqların və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri iflasa uğrayacaq. Bu cür insidentlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmaq iqtidarında deyil. Biz azərbaycan və gürcü xalqları ölkələrimizə və qardaşlığımıza qarşı düzənlənən provakasiyalara uymamalı, hər zaman olduğu kimi birlik və bərabərliyimizi nümayiş etdirməli, iki ölkə arasında tarixi dostluq və qardaşlıq bağlarımızı qorumalıyıq".
 
“20 Yanvar” İctimai Birliyi və “9 Aprel” Fondu qeyd edir ki, sərhəd məntəqəsində baş verən insident zamanı xidməti vəzifəsini yerinə yetirən əsgərə qarşı edilən hərəkəti şiddətlə qınayırıq və xalqlarımız arasında olan dostluğun daha da möhkəmləndirilməsi yolunda ölkələrimizə uğurlar diləyirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar