568
04:54
14 İyul 2019

KİV: ABŞ S-400-lərə görə Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb

ABŞ Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Donald Tramp administrasiyası artıq konkret tədbirlər haqqında sanksiya paketi hazırlayıb. Bundan başqa, nəşr yazır ki, Vaşinqton məsuliyyətin öz üzərində qalmaması üçün 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd aktının ildönümünü gözləmək niyyətindədir.

Xatırladaq ki, iyulun 12-də rəsmi Ankara S-400 komplekslərinin tədarükünün başlanıldığını elan edib. Kreml isə bütün tədarükün əvvəlcədən əldə olunmuş razılaşma əsasında həyata keçiriləcəyini bildirib.