Bəstəkar-müğənni Murad Arif şəxsi həyatı barədə etiraflar edib. Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni sosial şəbəkədəki səhifəsində xanımı ilə 12 il əvvəl çəkilmiş şəklini paylaşaraq öz düşüncələrini yazıb.
Murad qeyd edib ki, o, xanımı ilə MSN-də tanış olub: “07.07.2007 - uşaqlarımın anasıyla ilk dəfə MSN-də söhbətləşdik. O Stokholmda, mən isə Bakıda... Həmin gün ulduz yağışı da var idi. Deyirlər, belə gecələr, mütləq arzu tutmaq lazımdır. Bizimki gerçəkləşdi, 12 il”.