<span style="color:red;">Məşhurlarımız Bakıda çimərliyə gedir?  - “Təkcə maşını saxlamaq üçün 20 manat alırlar” - <span style="color:red;">SORĞU
07 iyul 2019 16:35 (UTC +04:00)

Məşhurlarımız Bakıda çimərliyə gedir? - “Təkcə maşını saxlamaq üçün 20 manat alırlar” - SORĞU

Yay fəsli həm də çimərlik mövsümüdür. Yay aylarını dənizsiz təsəvvür etmək olmur. Bu mövsümdə bir çox insanlar istirahət etmək üçün dəniz kənarı istirahət mərkəzlərinə üz tuturlar. Bəs məşhurlar Bakı çimərliklərində istirahət edirmi?

 

Lent.az mövzu ilə bağlı kiçik sorğu hazırlayıb.

 

Sorğunu oxuculara təqdim edirik:

Məşhur şairə Nazilə Səfərli mövzu ilə bağlı Lent.az-a bildirib ki, Bakı çimərliyinin hər birində olub: “Bakının bütün çimərliklərində olmuşam, ancaq bəzi şeylərlə razı qalmaq olmur. Çimərliklərə turistlər gəlmədiyi üçün qiymətlər bahadır. Nardaran tərəfdə bir istirahət mərkəzi var, təkcə maşını saxlamaq üçün 20 manat alırlar. Həmin yerlərdə dincəlmək çox baha başa gəlir. Xaricdə dincəlmək daha ucuzdur və çimərliyə getsəm də çimə bilmirəm, çünki bizdə hamı məşhurları dənizdə görəndə elə reaksiya verir ki, adam özünü rahat hiss etmir”.

 

Rəqqasə, aktrisa Oksana Rəsulova Bakı çimərliyinə getməyən müğənnilərdəndir: “Bakının heç bir çimərliyində olmamışam”.

 

Müğənni Roza Zərgərli: “Bakıda çimərliyə getmirəm”.

Əməkdar artist Könül Kərimova: “Bakının çimərliklərinə getməmişəm. Açığı getmək fikrimdə yoxdur. Çünki güvənmirəm. Uşaqlara da icazə vermirəm ki, burada çimərliyə getsinlər. Bakının bir çox əyləncə mərkəzlərində olmuşuq, ancaq çimərlik olan istirahət mərkəzlərinə çimmək üçün getmirik”.

 

Əməkdar artist Elnarə Abdullayeva: “Xeyir getmirəm, təkcə Bakıda yox ümumiyyətlə çimərlikdə olmamışam və getmək fikrimdə yoxdur”.

 

Müğənni Kərim Abbasov: ”Bakıda bütün çiimərlikdə olmuşam. Uşaqlıqdan dənizi sevirəm və hər birinə getmişəm. Deyirlər guya xəstəlik var. Bəs xaricdə özləri monitorinq keçirib ki, yoxdu? Qurban olum Bakıma”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3305

Oxşar yazılar