
"Azərbaycanın müstəqilliyinin inkişaf etdirilməsi Heydər Əliyevin yetirdiyi tarixi missiya oldu" - Əli Əhmədov
“Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, o zaman sovetlər birliyində yaranmış ənənəyə görə, xüsusi bir partiya elitası formalaşıb: “Respublikalara və bütövlükdə sovetlər ittifaqına rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sferalardan, digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəsinə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Sonradan bu praktika sovetlər birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevardnadze də ölkəsində rəhbər vəzifəsinə gətirildi”. O deyib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin çox böyük inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi: “Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi. Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həll olunması üçün, Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin yetirdiyi tarixi missiya oldu. Bununla yanaşı Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial iqtisadiyyatın, milli dövlətçiliyin, həyatımızın bütün sferalarını təşkil edirdi”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16