551
11:38
04 İyul 2019

Şəbnəm Tapdıq həmkarını polisə verib - QALMAQAL BÖYÜDÜ

Müğənni Şəbnəm Tapdıq adaşı olan həmkarı Şəbnəm Qəhrəmanova barəsində polisə şikayət edib.

Lent.az -ın məlumatına görə, bu barədə Şəbnəm Qəhrəmanova "5/5" verilişində danışıb: "Məni əvvəl məhkəməyə verdi. Deyir, adını dəyiş. İndi də 102-yə zəng vurub, şikayət edib. Mən adımı necə dəyişim?"

Qeyd edək ki, Şəbnəm Tapdıq bir neçə il öncə verilişlərin birində bildirmişdi ki, adı yalnız ona məxsusdur. Başqa kimsə o adı özünə qoya bilməz.