
Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlətimizin başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13