Hava ilə bağlı mühüm dəyişiklik - <span style="color:red;">PROQNOZ
28 iyun 2019 14:01 (UTC +04:00)

Hava ilə bağlı mühüm dəyişiklik - PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında  gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.   
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19,  gündüz  22-27 dərəcə  isti təşkil edəcək 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar