Rusiyalı çempionu öldürən azərbaycanlı saxlanıldı
27 iyun 2019 16:04 (UTC +04:00)

Rusiyalı çempionu öldürən azərbaycanlı saxlanıldı

 
 
Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib. 
 
Lent.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.
 
Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava-dalaş zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.
 
Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər. 
Davada iştirak edən ikinci şəxs də axtarışa verilib.
# 585
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar