Sənət yoldaşı Canəli Əkbərovun səhhətindən danışdı
Sənət yoldaşları xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərova baş çəkiblər.
APA-nın məlumatına görə, xanəndənin ziyarətinə Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov gedib.
Mənsum İbrahimov APA-ya bildirib ki, hazırda xanəndənin vəziyyəti normaldır: "Xəbəri eşidəndə xaricdə səfərdə idim. Bakıya gələn kimi ilk olaraq, sənət dostlarımla birgə dəyərli xanəndəmizi ziyarətə getdim. Ümumi olaraq vəziyyəti yaxşıdır. Bu yaxınlarda 80 illik yubileyi olacaq. Əminəm ki, inşallah yubileyini sağlam şəkildə birgə qeyd edərik".
Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06