
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının maaşı artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və bu Sərəncamdan irəli gələn məsələləri həll etsin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir".
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12