
Səfir Rəşad İsmayılov Qətər Dövlətinin Gömrük Baş İdarəsinin sədri ilə görüşdü - FOTO
16 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsini müzakirə etdi.
Lent.az-ın məlumatına görə, görüşdə dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açaraq son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılan hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edildi. Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olundu.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16