177
11:53
14 İyun 2019

Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Lent.az -a bildirilib ki, analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

Bu səbəbdən, sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.