Bərdədə təcili yardım maşınına hücum edib tibb işçilərini döyən şəxs tutuldu
13 iyun 2019 11:35 (UTC +04:00)

Bərdədə təcili yardım maşınına hücum edib tibb işçilərini döyən şəxs tutuldu

İyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
 
Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bərdə RPŞ-də araşdırma aparılır.
 
Qeyd edək ki, məlum hadisə ilə bağlı APA ötən məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar