
130 mindən çox müəllim müasir məzmunlu təkmilləşdirmə və ixtisasartırmaya cəlb olunub
"Son illər məktəblərimizdə internetin gücləndirilməsi, internet təminatı və müasir avadanlıqla təchizatla yanaşı, İnformatika fənninin tədrisinin məznun baxımından təkminləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biridir".
APA-nın xəbərinə görə, bunu “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində keçirilən tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu məqsədlə bir çox layihələr həyata keçirilib: "Amma müxtəlif qısa müddətli layihələr bu sahədə uğurların əldə edilməsinə kömək etmir. Bu islahatlar arasında əsas amil kadr hazırlığı məsələsidir ki, son illərdə 130 mindən çox müəllim məhz müasir məzmunlu təkmilləşdirmə və ixtisasartırmaya cəlb olunub. Bu gün Azərbaycanın bütün məktəblərində yalnız informatika müəllimləri deyil, ixtisasından asılı olmayaraq müəllimlərin hamısı informasiya texnologiyalardan istifadə edirlər".
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35