
Ölkədə nikahdankənar doğulan uşaqların sayı azalıb
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Lent.az Trend-ə istinadla bildirir ki, ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.
2018-ci ildə isə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 14,9 faizini təşkil edib ki, bu göstərici də 2014-cü il üzrə eynilik təşkil edib. 2014-cü ildə nikahda olmayan qadınlar tərəfindən 25 486 uşaq dünyaya gətirilib ki, onun 14,9 faizini rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqlar təşkil edib.
Nikahsız qadınların dünyaya gətirdiyi uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.
2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq dünyaya gətirilib.
Oxşar yazılar

İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15