
İyunun sonu "Çıraqqala" abidəsinin bərpasına başlanılacaq - FOTOLENT
Yaxın günlərdə “Çıraqqala” abidəsinin bərpasına başlanılacaq.
Bu barədə APA-nın yerli bürosuna “Çıraqqala” Tarixi Qoruğunun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva məlumat verib. Onun sözlərinə görə, dəniz səviyyəsində 1232 metr yüksəklikdə yerləşən abidəyə gedən yolu Məşrif kəndinədək olan hissəsinə müasir standartlara uyğun yol çəkilib: “Həmin ərazidən abidəyə qədər olan təxminən 2-3 kilometrlik yolun bərpasına ehtiyac var. Təmir bərpa işləri zamanı ərazidə inzibati binanın tikintisi də nəzərdə tutulub”.
Təmir-bərpa işlərindən sonra əraziyə gələn turistlərin sayının da artacağı ehtimal olunur.
Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan “Çıraqqala” dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub.
“Çıraqqala” mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü qalıb.
Qeyd edək ki, Prezident İlham Əliyev “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06