Gömrük orqanları ölkəyə gətirilən canlı heyvanlar barədə Qida Təhlükəsizliyi Agentliyini məlumatlandıracaq
08 iyun 2019 00:34 (UTC +04:00)

Gömrük orqanları ölkəyə gətirilən canlı heyvanlar barədə Qida Təhlükəsizliyi Agentliyini məlumatlandıracaq

Nazirlər Kabineti "Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, gömrük ərazisinə gətirilən canlı heyvanların gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq sadələşdirilmiş qaydada həyata keçirilir.

 

İndiyə qədər canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən baytarlıq xidmətinə məlumat verilib. Dəyişikliyə əsasən bundan sonra gömrük orqanları canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə  baytarlıq xidmətinə deyil, Qida Təhlükəsizliyi Agentliyinə məlumat verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar