
Həşarat dərmanları insan orqanizminə ziyandırmı? – HƏKİM DANIŞDI
İlin istənilən aylarında mövsümə uyğun olaraq hər bir evdə müxtəlif həşaratlara rast gəlinə bilər. Təbii ki, onlardan qorunmaq üçün müəyyən preparatlardan istifadə edilir.
Həmin dərmanlardan istifadə zamanı, məsələn yandırılarkən ətrafa yayılan qoxu həşaratları məhv etsə də, orqanizmimizə hansısa fəsadları ola bilərmi?
Mövzu ilə bağlı Lent.az-a danışan həkim terapevt Vəfa Zeynalova bildirdi ki, ağcaqanad dərmanlarının elə də ciddi fəsadı yoxdur:
“Həmin həşəratların özü daha təhlükəlidir, çünki onların sancması nəticəsində insanlarda bir sıra təhlükəli xəstəliklər yarana bilər. Əgər bir vasitə hansısa canlını zəhərləyirsə, deməli, onda müəyyən maddə var ki, insan üçün də zərərli ola bilər. Amma həmin dərmanın insanlara ciddi mənfi təsiri aşkar edilməyib”.
V.Zeynalova oxucularımıza dərmandan istifadə qaydaları ilə bağlı da məsləhətlər verdi:
“Həşəratlardan qorunmaq üçün alınan preparatları yatmazdan əvvəl istifadə etmək lazımdır. Həmçinin uşaq olan otaqlarda onu yandırmaq olmaz. Bu vasitələrdən otaqda heç kəs olmadığı müddətdə istifadə edilməlidir. İstifadə edildikdən təxminən yarım saat sonra isə otağa daxil olmaq olar”.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48