672
13:51
01 İyun 2019

"Bu maşından bir məndə, bir də Ronaldoda var" - Cavanşir Məmmədov - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov illər öncə aldığı “Rolls Royce” avtomobili barədə danışıb.

Lent.az -ın məlumatına görə, müğənni “Show news” verilişində bildirib ki, onun sürdüyü maşından bir tək Kriştiano Ronaldo sürür:

“Qoy birdəfəlik qulaqlarını açıb, eşitsinlər. Sonra bir daha danışmasınlar. Dünya şou-biznesində “Rolls Royce” sürən mən olmuşam. Bir də futbolçu Kriştiano Ronaldonun bu maşından olub. Nəyim var idi, toplayıb, o maşını aldım ki, qoy, musiqimin, sənətimin hörmətini erməni də, düşmən xalqlar da qansın. Görsünlər ki, bu maşın bizim sənətkarda var. Bunu şişirtdilər. Dedilər ki, bir milyon vermisən. Bir milyonu verəndə yanımda idiniz? Bəlkə onun içərisinə bir milyon da qoyub, mənə bağışlayıblar? Bu avtomobilin işlənmişi yarımmilyondur. Güllə-borana hazırdılar ki, sürüsünlər. Sürüyə bilməzsiniz, sürünərsiniz. Çünki əvvəldən bünövrəmiz düz olub. Adam görmədiyi şey haqqında danışmaz. Biz ayağımızı atanda əvvəl onun altına baxıb, sonra atmışıq. Özünüzü yığışdırın! Lazım olsa, arxivdə elə şeylər var ki, onlar açılsa, sizin üçün çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!”.