1362
01:41
22 May 2019

Bu rayonun İcra Hakimiyyəti başçısının 1-ci müavini işdən çıxarıldı

ONA -nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.
Elçin Xanlar oğlu Cahangirov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.