<b>Məşhur aktrisa yaman günə qalıb - <span style="color:red;">FOTO </b>
21 may 2019 12:56 (UTC +04:00)

Məşhur aktrisa yaman günə qalıb - FOTO

Yadınızdadırsa, bir vaxtlar Meksika serialları həyatımıza yaman hücum çəkmişdi. Hamı işini-gücünü tez tamamlayıb serial başlayanda asudə olub televizor arxasına keçməyə çalışırdı. Meksikanın “sabun operaları”nın həvəskarları “Varlılar da ağlayır”, “Vəhşi qızıl gül” seriallarını yəqin yaxşı xatırlayırlar.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə sözügedən iki serialın zərif qəhrəmanı, hazırda 65 yaşında Veronika Kastro qorxunc vəziyyətə düşüb.

İndi yalnız hərdən Meksika televiziyasında uşaq proqramlarında çıxış edən və bəzən sosial şəbəkələrdə peyda olan aktrisanı pərəstişkarları belə tanıya bilmirlər. Aktrisa Veronika Kastro sözün həqiqi mənasında plastik əməliyyatların qurbanına çevrilib.

 

Siması simadan çox maskanı xatırladır. Dodaqları həddən çox şişirdilib, dərisi daram dartılıb, alnında isə dərin qırışlar əcaib halda sallanıb. Aktrisa ya qeyr-peşəkarlara üz-gözünün həvalə edib, ya da görkəminə pul ayırmağa qıymır.

Maddi cəhətdən isə aktrisanın heç bir çətinliyi olmamalıdır, çünki biznes qadınıdır. Onun salonları, mağazaları, kosmetika firmaları var.

# 1488
avatar

Oxşar yazılar