Azərbaycanlı müğənni Tuncay Vidadi "Deyesen sevməmisən" adlı mahnısına çəkilmiş klipini təqdim edib.
Lent.az-ın məlumatına görə, ekran işində ifaçının tərəf müqabili həyat yoldaşı olub.
Bəstənin sözləri Vüsal İbrahimova, musiqisi Ruslan Səfəroğluna, aranjimanı Elvin Musayevə məxsusdur.