“Ah, bu uzun sevda yolu”
21 may 2019 09:44 (UTC +04:00)

“Ah, bu uzun sevda yolu”

Azərbaycan Akademik Milli Dram Teatrında nakam şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə oynanılacaq.

Lent.az –ın məlumatına görə, mayın 31-də təqdim ediləcək tamaşa dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli  dramdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanana səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

 

# 1012
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar