59 yaşlı kişiyə sahibsiz it hücum etdi
19 may 2019 15:48 (UTC +04:00)

59 yaşlı kişiyə sahibsiz it hücum etdi

 
İsmayıllı rayon sakini küçə itinin hücumuna məruz qalıb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sərdahar kənd sakini, 1960-cı il təvəllüdlü Dadaşov Akif Mayıl oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gələrkən tibb ocağının həyətində olan sahibsiz küçə iti qəflətən ona hücum edib.
 
İt yerə yıxılan A.Dadaşovun gözünü, əl və ayağını parçalayıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona quduzluğa qarşı vaksin vurulub.
# 1512
avatar

Oxşar yazılar