<b>Tofiq Tağızadənin köhnə filmi <span style="color:red;">YENİLƏNİB </b>
18 may 2019 15:53 (UTC +04:00)

Tofiq Tağızadənin köhnə filmi YENİLƏNİB

Tofiq Tağızadənin1960-cı ildə “Azərbaycanfilm” kinostudiyasında efkranlaşdırdığı “Mateo Falkone” filminə ikinci ekran ömrü bəxş edilib.

Lent.az-ın məlumatına görə, film “Balans” Milli Rəqəmsal Bərpa Studiyasında bərpa edilib.

Filmin yeni variantının nümayişi mayın 22-də “Nizami” kinoteatrında olacaq.

Qeyd edək ki, bu filmin məzmununda insan mənəviyyatından danışılır.  Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir.

# 2334
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar