[b]Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapıldı - YENİLƏNİB[/b]
Sabirabadda meyiti tapılan şəxsin kimliyi məlum olub.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar zamanı həmin şəxsin Minbaşı kənd sakini, 1969-cu il təvəllüdlü İlham Əbülfət oğlu Cəbiyev olması müəyən edilib.
Hazırda ölümün səbəbləri araşdırılır.
10:49
Sabirabadda naməlum kişi meyiti tapılıb.
ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb. Kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti aşkar edilib. Meyiti tapılan şəxs 50-55 yaşlarındadır. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
1397