Ten Haq: "Bu uğursuzluğu unutmaq üçün vaxta ehtiyac var"
09 may 2019 09:35 (UTC +04:00)

Ten Haq: "Bu uğursuzluğu unutmaq üçün vaxta ehtiyac var"

 
“Biz futbolun sərt üzünü gördük. Amma irəli doğru getməliyik”.
 
ONA-nın məlumatına görə, bunu Hollandiyanın “Ayaks” klubunun baş məşqçisi Erik Ten Haq deyib.
 
Mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin “Tottenhem”lə evdəki cavab oyunu (2:3) barədə fikirlərini açıqlayıb: “Qələbəyə çox yaxın idik. Futbolçular da bunu başa düşür. Bu uğursuzluğu unutmaq üçün vaxta ehtiyac var. Qələbəyə yaxın və layiq idik. Lakin laqeydlik göstərdik. Futbolçulara sakit tərzdə izah etdim ki, hələ heç nə bitməyib. Hiss olunurdu ki, “Tottenhem” təslim olmayıb və öz uğuruna inanır. Onlar hansısa anda daha çox imkan yaratmağa başladılar, biz isə əks-hücumlarda zəif təsir bağışladıq. Əgər topun dirəyə dəydiyi epizodda qol vursaydıq, hər şey başqa cür olacaqdı”.
 
Qeyd edək ki, ilk görüşdə 1:0 hesabı ilə qalib gələn, lakin cavab oyununda üstünlüyünü qoruya bilməyən "Ayaks" Çempionlar Liqası ilə vidalaşıb. 
# 1420
avatar

Oxşar yazılar

Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00