![[b]"Dövlət sərhədinin delimitasiyasi prosesinin qısa zamanda başa çatmasının tərəfdarıyıq" - XİN[/b]](https://lent.az/storage/news/2019/may/06/big/bb865eece43a4ebe102e59333fd36eec.jpg)
[b]"Dövlət sərhədinin delimitasiyasi prosesinin qısa zamanda başa çatmasının tərəfdarıyıq" - XİN[/b]
0
0
"Bundan öncə dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan Gürcüstanla dövlət sərhədinin delimitasiyasi prosesinin ən qısa zamanda başa çatmasının tərəfdarıdır".
Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bir qrup gürcüstanlı gəncin mayın 7-dən "David Qareci" monastır kompleksi ərazisində patrul xidməti təşkil edəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.
L.Abdullayeva qeyd edib ki, bu proses nə qədər tez yekunlaşarsa, hər iki tərəf üçün bir o qədər yaxşıdır.
Qeyd edək ki, Gürcüstanın "Güc və birlik" hərəkatının fəalları mayın 7-dən Azərbaycanla sərhəddə yerləşən "David Qareci" monastır kompleksi ərazisində patrul xidməti təşkil edəcəklərini bəyan edib. Onlar qeyd ediblər ki, məqsədləri Azərbaycan sərhədçilərinin monastıra gedən yolu bağlamasına mane olmaqdır.
0
0