Viktoriya Bekhemdən ailəsinə qarşı "Spice Girls" qadağası
05 may 2019 06:24 (UTC +04:00)

Viktoriya Bekhemdən ailəsinə qarşı "Spice Girls" qadağası

“Spice Girls” qrupunun sabiq üzvü Viktoriya Bekhem keçmiş qrupunun göndərdiyi dəvətlərə baxmayaraq, onun konsertlərinə getməyi ailə üzvlərinə qadağan edib.

 

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə “The Sun” nəşri özəl mənbəyə istinadən məlumat yayıb.

 

Nəşr yazır ki, qadağa Viktoriyanın heç bir halda “Spice Girls” qrupu ilə bağlılığının yaranmaması istəyidir.

 

“Viktoriya istəmir ki, uşaqları o konsertlərə getsin və ya orada onların şəkillərini çəksinlər. Onun, eyni zamanda qrupun üzvlərinə qarşı laqeyd yanaşdığı da deyilir”, - mənbə belə bildirib.

 

Mənbənin sözlərinə görə, xanım Bekhem qrupun üzvlərini ayrı-ayrılıqda çox sevir, ancaq keçmiş qrupu ilə bir əlaqədə adının hallanmasına qarşıdır.

# 1904
avatar

Oxşar yazılar