![[b]İlham Əliyev polşalı həmkarını təbrik edib[/b]](https://lent.az/storage/news/2019/may/02/big/264d04284c7579e75f331782f9dc4019.jpg)
[b]İlham Əliyev polşalı həmkarını təbrik edib[/b]
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.
Lent.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Polşa əlaqələri zəngin tarixə və xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi təmaslarımızın müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün daim möhkəm təməl olacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıram".
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13