![[b]“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinə yekun vuruldu[/b]](https://lent.az/storage/news/2019/may/01/big/2551cf02991d682d36ceab6abde6fb79.jpg)
[b]“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinə yekun vuruldu[/b]
Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinə yekun vurulub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini [email protected] ünvanına göndəriblər. Həmin əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində yerləşdirilib.
Əvvəlcədən də elan olunan müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən ediblər.
Beləliklə, Instagram istifadəçiləri təqdim olunan 14 rəsm əsərinə münasibətlərini bildiriblər və həmin rəsmlərdən ən çox bəyənilən 3 rəsm müəyyən olunub. Onların müəllifləri sağlamlıq imkanları məhdud gənclər olan Qorxmaz Mustafayev (I yer), Asif Qasımov (II yer) və Nisə Cəfərovadır (III yer).
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55