[b]İşçi Qrupunun növbəti görüşü: tarif tənzimlənməsi dinlənildi[/b]
Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun üçüncü görüşü çərçivəsində enerji sektorunda tənzimləmə funksiyası, tarif tənzimlənməsi, gəlirlər və subsidiyalar, icazələr və lisenziyaların verilməsinə dair qanunvericiliyin tələbləri, həmçinin bazara nəzarət haqqında müxtəlif təqdimatlar dinlənilib.
Energetika Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı əcnəbi ekspertlər tərəfindən təqdim edilən “İstehlakçıların hüquqlarının qorunması və münaqişələrin həll olunması” təcrübəsi öyrənilib.
“Enerji və kommunal xidmətlərin tənzimlənməsi üzrə” Qanun layihəsinin aktiv müzakirəsinə qatılan iştirakçılar bu sahəyə dair fikir və mülahizələrini bölüşüblər. Görüş iştirakçıları tarifin müəyyən edilməsi üzrə interaktiv çalışmaya qatılaraq istismar və texniki xidmət, yanacaq xətti, habelə kapital xərclərinə dair fərqli tapşırıqları yerinə yetirməklə dəyərləndirmələr apaıb, müvafiq təhlillər ediblər.
Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üzrə tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılıb. DNV GL şirkətinin icraçısı olduğu Layihə “Energetika və kommunal xidmətlər sahəsində Tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib-hazırlanmasını nəzərdə tutur.
Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45