426
11:02
26 Aprel 2019

Moskvada separatçı rejimə həsr olunmuş kitab satılır

Moskvanın mərkəzində yerləşən Moskovskiy Dom Kniqi kitab mağazasında separatçı rejimə həsr olunmuş Severnıy Artsax (Şimali Artsax) kitabı satılır.

Bu barədə Lent.az -a Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin inkişafı və dirçəlişi fondunun prezidenti Şamil Tağıyev məlumat verib.

Şamil bəyin dediyinə görə, 1000 tirajla nəşr edilən kitabın müəllifi Samvel Karapetyandır.

Kitab keçən ilin yayından satışa verilib: “Biz fondmuz adından Moskva şəhər mədəniyyət fonduna və mağazanın adminstrasiyasına məlumat verəcəyik.

Bu kitab dərhal yığışdırılmalıdır”.

Qeyd edək ki, Moskva kitab evi Avropanın ən böyük kitab mağazasıdır.