
Akademik teatrda gürcü tamaşası
Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası aprelin 5-də saat 19:00-da təqdim olunacaq.
Lent.az-ın məlumatına görə, Gürcüstanın Mesxeti (Axalçixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir.
Tamaşanın səhnə qrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur.
Bəstəkar Aleksi Turiaşvili, səhnə hərəkəti üzrə rəssam Cuna Tumanişvilidir.
Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında 2018-ci ilin noyabrın 14-də imzalanan Memorandum çərçivəsində təqdim olunacaq.
Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edən Memorandum gələcək faydalı teatr əməkdaşlığına töhfə verəcək mühüm razılaşmadır.
İttifaqlararası Memorandum çərçivəsində keçiriləcək daha bir tədbirdə – Azərbaycanın Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanacaq. Mərasim aprelin 5-də saat 12.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

Ramilə Qurbanlı
Oxşar yazılar

Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
26 yanvar 2021 , 17:40
26 yaşlı serial ulduzu öldü
25 yanvar 2021 , 19:21
Muzey və sərgi salonları açılır
25 yanvar 2021 , 04:52
Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam
24 yanvar 2021 , 11:08
Prezident Xalq artisti Eldar Quliyevi təbrik etdi
23 yanvar 2021 , 21:42
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olundu
23 yanvar 2021 , 21:38
Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10