371
19:05
01 Aprel 2019

Tələbələr mükafatla qayıtdılar

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.

BMA-dan Lent.az -a verilən məlumata görə, tələbələrdən iki nəfər müsabiqədə əli dolu qayıdıblar. Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblərə mükafat verilib.