
DTX rəisi: “Önəmli nəticələr əldə edilib”
“Qürurvericidir ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var”.
ONA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyev rəsmi mətbuatda dərc edilən "Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir" başlıqlı məqaləsində yazıb.
M.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı ilə verdiyi töhfələr də xüsusi qeyd edilməlidir:
“Terrorçuluğa qarşı mübarizə istiqamətində beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində ölkəmizin hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək, terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsinin təsbit edilib qarşısının alınması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. istiqamətlərdə önəmli nəticələr əldə edilib. Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dekabr ayında Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirərək, ölkədə bu sahədə aparılmış islahatlara yüksək qiymət verib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulayıb”.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13